Şirkətimiz 1995-ci ildə Azərbaycanda “Ekom” kiçik müəssisəsi kimi fəaliyyətə başlamış, sonradan “Ekom Construction” MMC-yə çevrilmişdir.

Bu illər ərzində “Ekom Construction” MMC tikinti materiallarının satışı və yüngül sənaye sahələrində etibarlı tərəfdaş kimi tanınmış, yüksək keyfiyyət, innovasiya və davamlı əməkdaşlıq prinsiplərinə əsaslanan çoxsaylı layihələrə imza atmışdır.

Şirkətimiz Almaniya, Türkiyə, Yaponiya, İtaliya, Belçika, İsveç və Fransa da daxil olmaqla bir çox ölkənin aparıcı şirkətləri ilə uğurlu əməkdaşlıqlar qurmuş, beynəlxalq təcrübəni yerli bazara inteqrasiya etmişdir.

Hazırda biz həm tikinti sektorunda, həm də material tədarükü, layihə idarəçiliyi və texnoloji həllərin tətbiqi istiqamətlərində fəaliyyətimizi genişləndiririk.

Əsas fəaliyyət istiqamətlərimiz:

  • Yüksək keyfiyyətli boya və tikinti materiallarının topdan və pərakəndə satışı
  • Müxtəlif növ tikinti layihələrində alüminium qapı, pəncərə və fasad sistemlərinin layihələndirilməsi və quraşdırılması

Bakı şəhərində bir neçə ünvanda fəaliyyət göstərən mağazalarımız var. Topdan satış şöbəmiz respublikanın müxtəlif bölgələrinə məhsul və xidmətlər təqdim edir.

Keyfiyyət və qiymət tənasübü bizim üçün həmişə prioritetdir. Şirkətimizin əsas məsuliyyəti bütün müştərilərimizi ən yüksək keyfiyyətli və əlverişli məhsul və xidmətlərlə təmin etməkdir.